"Raiffeisen" bəzi MDB ölkələrinin bankları ilə əlaqələrini kəsib

   "Raiffeisen" bəzi MDB ölkələrinin bankları ilə əlaqələrini kəsib
  11 May 2023    Oxunub:2540
"Raiffeisen Bank International" (RBI) bank qrupu bəzi MDB ölkələrinin banklar ilə müxbir əlaqələrini azaltmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə "TASS"a bankın nümayəndəsi məlumat verib.
Qarabağa qanunsuz pul köçürən banklara xəbərdarlıq olunub

“Biz fəaliyyətimizi mütəmadi olaraq nəzərdən keçiririk və zaman-zaman onu azaltmağa qərar veririk”, - deyə o bildirib.

Bankın nümayəndəsi tədbirin bəzi MDB ölkələrinə təsir etdiyini izah etsə də, hansı ölkələrə aid olduğunu açıqlamayıb.

Qeyd edək ki, “Raiffeisen Bank”ın Qarabağa qanunsuz pul köçürülmələrində iştirak etməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən xəbərdarlıq olunub




Teqlər:  





Xəbər lenti