Cəlilabadda ildırım qadını külə döndərdi

Cəlilabadda ildırım qadını külə döndərdi
  28 May 2014    Oxunub:1910
Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 fəhləni ildırım vurub.
Hadisə mayın 27-də rayonunun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kartof sahəsində fəhlələr məhsul yığan zaman qəfildən ildırım çaxıb və onlardan 3 nəfərini vurub.

Belə ki, Cəlilabadın Söyüdlü kənd sakini, 1953-cü il təvəllüdlü Leylaxanım Bahəddin qızı Abasova ildırım vurmadan hadisə yerindəcə dünyasını dəyişib. Onun oğlu, 1991-ci il təvəllüdlü Mürsəl Əhməd oğlu Abasov və Lənkəran rayon sakini Lətafət Allahverdi qızı Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilsə də, vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ildırım ölən qadının bədənin əksər hissəsini demək olar ki, külə çevirib.

Qeyd edək ki, ötən ilin mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində anoloji hadisə baş verib. O zaman ildırım vurmadan 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdı (APA).


Teqlər:





Xəbər lenti