Əmək müqaviləsi olmadan çalışanlarla bağlı statistika

   Əmək müqaviləsi olmadan çalışanlarla bağlı    statistika
  13 May 2023    Oxunub:1504
"2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 875 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb".
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə deyib. O bildirib ki, 2022-ci ildə 4214, 2021-ci ildə isə 6229 nəfər əmək müqaviləsi olmadan işləyib.

N.Vahabzadə bildirib ki, işçilərin əmək müqaviləsiz çalışdırılmaları əsasən xidmət və tikinti sahələrində olub:

"Qanunvericiliyə əsasən əmək müqaviləsi olmadan şəxsləri çalışdıran sahibkar I dəfə 2000 manat, II dəfə 4000 manat, III dəfə isə 6000 manat dəyərində cərimələnir. Əmək müqaviləsiz 10 nəfərdən çox işçi çalışdırılanda cinayət işi açılır".

N.Vahabzadə qeyd edib ki, hazırda ölkədə aktiv müqavilələrin sayı dövlət sahəsində 859884 nəfər, qeyri-dövlət sahəsində 853442 nəfərdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti