"Təbiət hadisələrinin fermer təsərrüfatlarına zərəri çox cüzidir" - Nazirlik
"Artıq iki ildir ki, ölkədə dövlət dəstəkli aqrar sığorta sistemi tətbiq olunur və təsərrüfatları sığorta müqaviləsində göstərilmiş təbiət hadisələri üzrə zərər çəkmiş fermerlər müvafiq sığorta ödənişi alırlar.
May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və s. - təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil".
Nazirlik sözçüsü qeyd edib ki, son günlər bəzi bölgələrdə baş verən leysan, dolu, sel, subasma kimi təbiət hadisələrinin fermer təsərrüfatlarına dəydiyi zərər çox cüzidir.
"Son dörd gündə Aqrar Sığorta Fondunun Çağrı Mərkəzinə cəmi zərər dəymə fatkarı üzrə 12 müraciət daxil olub. Artıq Fondun əməkdaşları müstəqil sığorta ekspertləri ilə birlikdə müraciətlər üzrə sahələrə dəymiş zərərləri yeruində müəyyən etməyə başlayıblar. Sığorta hadisələri təsdiqləndikdən və monitorinq başa çatdıqdan sonra fermerlərə müqavilədə göstərilmiş müddətdə sığorta ödənişi həyatya keçiriləcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: