Obama Poroşenko ilə görüşəcək

Obama Poroşenko ilə görüşəcək
  28 May 2014    Oxunub:1025
ABŞ prezidenti Barak Obama Ukraynada prezident seçkilərinin ilkin nəticələrinə görə, qalib olan Pyotr Poroşenko ilə görüşəcək.
Bununla bağlı razılıq tərəflər arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

B.Obama prezident seçkilərində qalib gəlməsi münasibətilə P.Poroşenkoya zəng edib.

Ukraynada təcili iqtisadi islahatların aparılmasına ehtiyac olduğunu deyən ABŞ prezidenti ölkədə islahatların keçirilməsi ilə əlaqədar hər cür yardım edəcəyinə söz verib.(Anspress)

Telefon danışığı zamanı tərəflər görüşmək barədə də razılığa gəlib. B.Obama Avropa ölkələrinə səfəri zamanı P.Prorşenko ilə görüşəcəyini deyib.


Teqlər:





Xəbər lenti