Özbəkistan mediası Heydər Əliyevdən yazdı
Məqalədə eyni zamanda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi önə çəkilir. Bildirilir ki, Prezidentin uğuru diplomatik fəliyyəti nəticəsində Özbəkistanla münasibətlərimiz daha da inkişaf edib.
Yazıda həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın xarici ölkələr ilə əlaqələrinin inkişafında oynadığı rol əhəmiyyəti vurğulanır. Mehriban xanım Əliyevanın 2022-ci ilin noyabr ayında Özbəkistana səfər çərçivəsində Səmərqənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşündən və digər addımlarından bəhs edilir.
Həmçinin, yazıda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fəaliyyəti öz əksini tapır.
Özbək və rus dillərində yayımlanan məqaləyə bu linkdən daxil olmaq mümkündür.
AzVision.az
Teqlər: Özbəkistan