Nərgiz Məhəmmədi “Yazı Azadlığı” mükafatına layiq görülüb
- Nərgiz Məhəmmədi, İran hökumətinin onu susmağa məcbur etmək kampaniyasına qarşı cəsarəti və sarsılmaz müqaviməti sayəsində bütün dünyaya ilham mənbəyidir. Onun və ailəsinin fədakarlıqları ürək ağrıdır. Ən zorakı ölkələrdən birində o, yazıçılar, jurnalistlər və sənətçilər üçün ifadə azadlığının ümid və bələdçisidir. Amerika Qələm Assosiasiyası mayın 18-də Nyu-York Təbiət Tarixi Muzeyində “Amerikanın Ədəbiyyat Bayramı” adlanan xüsusi illik tədbiri zamanı mükafatı təqdim edərkən Xanım Məhəmmədinin söz və fikir azadlığı uğrunda fəaliyyəti, mübarizəsi yüksək qiymətləndiriləcək” – Susan Nossel vurğulayıb.
Xanım Məhəmmədi hazırda “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə Evin həbsxanasında dustaqdır. Buna görə də sözügedən mükafatı onun adından həyat yoldaşı, jurnalist və vətəndaş fəalı Tağı Rəhmani alacaq.
Uzun müddətdir ki, həbsdə saxlanılan 51 yaşlı Nərgiz Məhəmmədiyə işgəncələr və təkadamlıq kameralara salınmaq da daxil olmaqla ağır cəzalar verilir.
“Qanunsuz təşkilatlar yaratmaq” və “sistem əleyhinə təbliğat” kimi müxtəlif cinayətlərdə ittiham olunaraq səkkiz il yarımlıq həbsdən sonra 2020-ci ildə azadlığa çıxmış xanım Məhəmmədi, yenidən İranı bürüyən etiraz aksiyaları zamanı təkrarən həbs edilib.
AzVision.az