Texnologiyaların düşmən ölkələrə ötürülməsi ilə bağlı ABŞ-da cinayət işləri açılıb
“Biz bu qabaqcıl vasitələrin düşmən hökumətlərin əlinə keçməsinin qarşısını almaq üçün əlimizdən gələni etməyə sadiqik. Çünki onlar bu vasitələrdən təkcə milli təhlükəsizliyimizi deyil, dünyanın hər yerində demokratik dəyərlərə təhdid kimi istifadə edirlər” - Olsen bildirib.
Müttəhimlərdən biri mayın əvvəlində Kaliforniyada işlədiyi bir şirkətdən minlərlə həssas faylı oğurlamaqda ittiham edilərək həbs olunan 64 yaşlı Liminq Lidir. Linin oğurladığı materiallar arasında nüvə sualtı qayıqları və hərbi təyyarələr istehsal etmək üçün istifadə oluna bilən texnologiyalar da var. Li, əlaqəli sahələrdə fəaliyyət göstərən çinli rəqiblərinə kömək məqsədi ilə bu texnologiyalardan istifadə etməkdə ittiham olunur.
Həmçinin, bu ay Oleq Sergeyeviç Patsolya və Vasili Sergeyeviç Basdin adlı iki Rusiya vətəndaşı Arizona ştatında təyyarə hissələrini Rusiya aviaşirkətlərinə köçürməyə cəhddə iştirak ittihamı ilə həbs edilib.
ABŞ Ədliyyə nazirliyi Amerikanın sanksiyalarından yayınmaqda və İrana izostatik qrafit ötürmək planı hazırlamaqda ittiham olunan bir Çin vətəndaşına qarşı işin açıldığını da bildirib. Bu material qitələrarası ballistik raketlərin istehsalında istifadə olunur.
AzVision.az
Teqlər: ABŞ texnologiyalar