Paşinyanın oğlunu oğurlamaq istədilər

  Paşinyanın oğlunu oğurlamaq istədilər
  17 May 2023    Oxunub:2181
Bu gün saat 15:00 radələrində Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evinin yaxınlığında qaçırmağa cəhd ediblər.
Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazır ki, ilkin məlumatlara görə, uğursuz adam oğurluğunun iştirakçıları İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir.

“Onlar Aşot Paşinyanı maşına minməyə məcbur ediblər, lakin maşın dayanan zaman o, tullanmağa müvəffəq olub, bundan sonra Paşinyanı arxadan gələn eyni təşkilatın maşını vurub”, - qəzet yazır.

Bildirilir ki,A. Paşinyan ayağından zədə alıb. O, hüquq-mühafizə orqanlarına müraciət edib, ictimai təşkilatın üzvləri isə hadisə yerini tərk ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Paşinyan   Aşot  





Xəbər lenti