Bağlanan bankın kartlarındakı pulların taleyi necə olacaq?

   Bağlanan bankın kartlarındakı pulların taleyi necə olacaq?
  18 May 2023    Oxunub:1433
Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.
“Günay Bank”ın lisenziyası ləğv edildi
Bunu AzVision.az -a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək.

"Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləqvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara odənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir".

Deputat qeyd edib ki, prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Gunaybank  





Xəbər lenti