Son sutkada 11 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
COVID-19-a yoluxan 9 nəfər sağalıb, 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 727 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 376 nəfər müalicə olunaraq sağalıb, hazırda 79 aktiv xəstə var. Bu günə qədər 10 272 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 044, bu günə qədər isə ümumilikdə 7 610 917 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 146 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 957 olub.
AzVision.az
Teqlər: Koronavirus