Gilmənd mübahisəsi davam edir
“Taliban üçün bir aylıq möhlət qoyulub. Onlar (Taliban) İranın təzminatını Gilmənd çayından ödəməlidir. Əgər su varsa və onu vermirlərsə, bu, İran hökuməti üçün tam dəqiqliyi ilə aydın olacaq ki, bu məsələ İran millətinin əsas hüquqlarından biridir və ona necə əməl olunmalıdır” - Qumi deyib.
Bundan əvvəl isə İranın prezidenti İbrahim Rəisi və Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan da məsələ ilə bağlı Talibana “xəbərdarlıq” ünvanlayaraq, Teranın Gilmənd çayından öz su haqqını ala bilmək üçün lazım gələrsə, “təzyiq alətlərindən” istifadə edəcəyini bidirmişdilər.
Qeyd edək ki, 1972-ci il müqaviləsinə əsasən, Əfqanıstan hər il Gilmənd çayından İrana 850 milyon kubmetr su verməlidir. Lakin bu məsələdə Kabilin mövqeyi son illərdə iki ölkə arasında ciddi problemlərdən birinə çevrilib.
Taliban rəsmiləri dəfələrlə iddia ediblər ki, suyun azlığı səbəbindən bənd açılsa belə, İrana su çatmayacaq. Elə iki gün əvvəl də Talibanın verdiyi açıqlamada Kabilin ikitərəfli razılaşmaya sadiq qaldığı, lakin Gilmənd çayındakı quraqlıq üzündən İrana göndəriləcək “kifayət qədər suyun olmadığını” vurğulanıb.
Maraqlıdır ki, ciddi su problemləri ilə üzləşən və bununla bağlı bir neçə həmsərhəd ölkə ilə münasibətlərində çat yaranan İran hökuməti Cənubi Azərbaycandakı unikal Urmu gölünü məqsədyönlü şəkildə faciəyə sürükləyir.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az
Teqlər: İran Əfqanıstan