"Ölkəmizi daha acınacaqlı gələcək gözləyir" - Ter-Petrosyan

   "Ölkəmizi daha acınacaqlı gələcək gözləyir" -    Ter-Petrosyan
  21 May 2023    Oxunub:2400
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasını təşkil etməkdə ittiham olunan ölən əsgər Jora Martirosyanın anası Qayane Akopyanın həbsinə münasibət bildirib.
Keçmiş ölkə rəhbəri qeyd edib ki, bu, hakimiyyətin həyasızlığına dəlalət edir.

"Oğlunu döyüş meydanında itirmiş ananın həbsi bədnam parlament sədrinin vətəndaşın üzünə tüpürməsindən daha böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin abırsızlığının həddi-hüdudu yoxdur", - Ter-Petrosyan yazıb.
Ermənistanda əsgər valideyinləri oturaq aksiya keçirir


Onun fikrincə, daxili siyasi gərginliyin azaldılması hakimiyyətin əsas vəzifəsi olmalıdır. Lakin onlar özlərinin utanmaz və uzağı görməyən hərəkətləri ilə bu gərginliyi daha da alovlandırırlar.

"Belə davam etsə, ölkəmizi daha acınacaqlı, hətta partlayışlı perspektiv gözləyir. Bunu nəzərə alaraq, eyni zamanda qeyd etməyi zəruri sayıram ki, dövlət məmurlarının ailə üzvlərinə qarşı nalayiq davranışların təzahürləri də yolverilməzdir".

Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir Nikol Paşinyanın oğlu Aşotu qaçırmaqda şübhəli bilinərək saxlanılıb. O, bunu təkzib edir və etiraz olaraq aclıq aksiyasına başlayıb. Mayın 20-də məhkəmə onu bir ay müddətinə həbs edib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, lakin hələlik aclıq aksiyasını davam etdirmək qərarına gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti