Azərbaycanda körpü uçdu

Azərbaycanda körpü uçdu
  12 Aprel 2013    Oxunub:1352
Hadisə aprelin 10-da, gecə saat 20.00 radələrində baş verib
Bakı-Horadiz dəmiryol xəttinin Beyləqan rayonu İmamverdililər kəndindən keçən hissəsində 1952-ci ildə tikilən körpü uçub.

Bu barədə Apa-nın Mil-Muğan bürosuna Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədovun bildirdiyinə görə, hadisə aprelin 10-da, gecə saat 20.00 radələrində baş verib. Yolun sıradan çıxan hissəsi Bakı-Horadiz dəmir yolu xəttinin 143 kilometrliyində baş verib.

Körpünün uçmasına səbəb yolun altından keçən suvarma kanalıdan su sərfinin artması olub. Nəticədə sürətlə axan su yolu uçuraraq sıradan çıxarıb.

Qəza ilə əlaqədar Bakı-Horadiz istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Horadiz istiqamətində hərəkətdə olan qatar İmişli vağzalında, Bakı istiqamətində hərəkətdə olan qatar isə Daşburunda saxlanılıb. Sərnişinlər mənzil başına avtobus vasitəsi ilə çatdırılıb. Hazırda əraziyə İnfrastruktur Departamentinin işçiləri, İmişli rayon Fövqaladə Hallar Qatarı və yol təsərrüfatı işçiləri cəlb edilib. Uçqun baş verən ərazidə beton daşlar təmizlənib, iki ədəd böyük diametrli su ötürücülər yerləşdiriləcək.

Mətbuat xidmətindən verilən məlumata görə, bu gün xətt təmir olunaraq qatarların hərəkəti bərpa ediləcək.



Teqlər:





Xəbər lenti