İranda edam olunan Məcid Kaziminin yaxınları həbs edilib

   İranda edam olunan Məcid Kaziminin yaxınları həbs edilib
  22 May 2023    Oxunub:1060
İrandakı teolkratik rejim edama göndərdiyi insanların yaxınlarına qarşı da repressiya siyasəti yürüdür. Üç gün əvvəl “İsfahan evi” işi üzrə edam edilən Məcid Kaziminin iki qardaşı və bacısı həbs olunub.
AzVision.az xəbər verir ki, qohumlarının həbsi ilə bağlı öz tvitter hesabında məlumat verən Məcid Kaziminin əmisi oğlu Məhəmməd Haşimi onların polis tərəfindən təqib olunduqlarını bildirib.

“Dünən gecə təhlükəsizlik əməkdaşları Məcid Kaziminin evinə basqın edərək, qardaşları və valideynləri döydükdən sonra Məcidin iki qardaşını ağır yaralı halda həbs edərək aparıblar. Məcidin bacısı da bir neçə saat sonra polisin təqibi nəticəsində həbs edilib” - Haşimi yazıb.

Mayın 19-da “İsfahan evi” kimi tanınan iş üzrə təqsirləndirilən şəxslərin edam hökmünün icrasından sonra onların hamısının ailələrinə təzyiqlər artıb. Saleh Mirhaşiminin anası şənbə günü hökumət qüvvələrinin ərinin qollarını qandalladığını və onların dəfn mərasimdə iştirakına icazə vermədiyini bildirmişdi.

AzVision.az


Teqlər: İran   Kazimi  





Xəbər lenti