İsrail İranla mübarizədə süni intellektə güvənəcək

   İsrail İranla  mübarizədə süni intellektə güvənəcək
  23 May 2023    Oxunub:1265
“Süni intellekt sahəsində geniş sərmayələri ehtiva edən bir neçə illik proqram İranla bağlı kəşfiyyat və hədəfləri təkmilləşdirmək qabiliyyətinə malikdir”. İsrailin Müdafiə nazirliyinin baş direktoru Eyal Zamir belə deyib.
AzVision.az xəbər verir ki, ehtiyatda olan general-mayor Eyal Zamir İsrailin Reyxman universitetinin “Strateji siyasət” analitik mərkəzində çıxışı zamanı ölkəsinin süni intelllektə malik dövlətlər klubunun üzvü olmağa çalışıdığını söyləyib.

- İsrail süni intellekt sahəsində super gücə çevrilməyi və bu qabiliyyətə fövqəladə səviyyədə sahib olan ölkələr klubunun azsaylı üzvlərindən biri olmağı planlaşdırır. İsrail qlobal səviyyədə mütləq super kibergücdür və o, bunu davamlı olaraq təkmilləşdirir. İsrailin kiber sahədə uğur qazanmasının səbəbi onun təhlükəsizlik, iqtisadi, elmi və beynəlxalq aspektlərinin vaxtında müəyyən edilməsi olub. Süni intellektdə irəliləyiş müstəqil fəaliyyət göstərən avtomatik sistemlərin yaradılmasına gətirib çıxaracaq”, - - Zamir vurğulayıb.

Maraqlıdır ki, bir müddət əvvəl “SpaseX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask və “Apple”-nin həmbanisi Stiv Voznyak da daxil olmaqla, süni intellekt texnologiyalarının inkişafı sahəsinin aparıcı fiqurları bu prosesdə pauza götürməyi təklif ediblər. Onlar süni intellekt əsasında fəalıiyyət göstərən sistemlərin canlı insanlarla rəqabətə girəcəyindən və bunun nəticədə iqtisadi-siyasi partlayışlara səbəb ola biləcəyindən ehtiyatlanırlar. Ona görə də, kifayət qədər etibarlı təhlükəsizlik sistemləri yaradılmayana qədər bu sahənin inkişafında fasilə götürmək təklif olunur.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti