ASA Konstitusiya Məhkəməsinin son qərarına aydınlıq gətirdi

   ASA Konstitusiya Məhkəməsinin son qərarına aydınlıq gətirdi
  24 May 2023    Oxunub:1288
Konstitusiya Məhkəməsinin son qərarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə münasibətdə hər hansı rəy yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir.

Assosiasiya Məhkəmənin Mülki Məcəllənin 269, 317.1, 319,1 və “İpoteka haqqında” qanunun 34.1-ci maddələri ilə bağlı verdiyi qərara münasibət bildirib.

" Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə, bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilib. Göründüyü kimi, bu qərarın İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə aidiyyətı yoxdur. Fondun tələblərinə görə, borcalanın həyatını onun götürdüyü ipoteka krediti məbləğində ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri sığortalayır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcunu tam məbləğdə həmin həyat sığortası şirkətləri qarşılayır.

Bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır. Odur ki, Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığrta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcək", - deyə açıqlamada qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti