Rusiyadan ən çox qızılı BƏƏ, Türkiyə və Çin alıb

Rusiyadan ən çox qızılı BƏƏ, Türkiyə və Çin alıb
  25 May 2023    Oxunub:1674
Ötən il Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya qızılının əsas idxalçısına çevrilib.
Bu barədə “Reuters” Rusiya gömrük məlumatlarına istinadən xəbər verib. Qeyd olunub ki, Türkiyə və Çin də Rusiyadan qızıl idxalını artırıb. Ötən il Rusiya qızılının BƏƏ-yə idxalının həcmi 4,3 milyard dollar dəyərində 75,7 tona çatıb, bir il əvvəl isə bu rəqəm cəmi 1,3 ton olub.

Türkiyə və Çin Rusiyadan qızıl idxalının həcmini əhəmiyyətli dərəcədə artırıb, ölkələr 24 fevral 2022-ci ildən 2023-cü il martın 3-dək hər biri 20 ton qızıl idxal ediblər. Ümumilikdə, göstərilən dövrdə Rusiya 116,3 ton metal ixrac edib və qiymətli metal ixracının 99,8%-i bu üç ölkənin payına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti