“Ermənistanda dövlətçilik təfəkkürü qıtlığı var” - Pavel Klaçkov

   “Ermənistanda dövlətçilik təfəkkürü qıtlığı var” -    Pavel Klaçkov
  26 May 2023    Oxunub:4535
“KTMT-nin Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə vermək üçün yaratdığı mexanizmin qüsursuz olduğunu söyləmək olmaz. Amma istənilən halda KTMT işləyir və Ermənistanda sağlam düşüncəli insanlar varsa, bu təşkilatın mexanizminə arxalanacaqlar”.
Bu sözləri AzVision.az -a rusiyalı ekspert Pavel Klaçkov deyib. O bildirib ki, Ermənistan ciddi geosiyasi oyunçu olmadığından, çox vaxt anti-Rusiya qüvvələrin və beynəlxalq qrupların yedəyində gedir. Xüsusilə də, hər şeyin hər yerdə kəskinləşdiyi indiki dövrdə. “Amma əminəm ki, bir müddətdən sonra Rusiyaya və KTMT mexanizmlərinə inamını saxlayanlar mükafatlanacaqlar. Burada tarixi miqyaslı, vəziyyəti dərk edən dövlətçi adamlar tələb olunur. Ermənistanda bu cür dövlət təfəkkürünə malik, beynəlxalq vəziyyəti obyektiv qiymətləndirməyi bacaran, Qərbin təsirinə düşməyən ciddi liderlər çatışmır”,- Klaçkov vurğulayıb.

“Yaxın qonşu uzaq qohumdan yaxşıdır” misalını xatırladan ekspert deyib ki, KTMT ən azından, işləyir və hazırda Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş olacağına müəyyən ümidlər var.
“Amma Qərb ölkələrinin siyasətinə uysanız, yaxşı heç nə ortaya çıxmayacaq. Ölkənin həqiqi milli maraqlarını təbliğatdan ayırmaq lazımdır. Qərb ənənəvi olaraq təbliğatda güclüdür və onun xoşuna gəlməyə çalışanlar Rusiyanı tənqid edən müsahibələr verirlər. Amma Rusiya hər zaman böyük toqquşmaların qalibi olub. Bunun dərhal baş verməməsinə baxmayın. Odur ki, tarixin demaqoji yox, real qanunlarını, siyasi nizamı anlayanlar, şübhəsiz ki, KTMT-ni tərk etməyəcəklər. Görək, nə alınacaq”, - ekspert bildirib.

Tariyel Həsənov
AzVision.az




Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti