Tovuzda 75 yaşlı kişi minaya düşüb - YENİLƏNİB

 Tovuzda 75 yaşlı kişi minaya düşüb  - YENİLƏNİB
  27 May 2023    Oxunub:1949
Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub.
AzVision.az-ın məlumatına görə, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib.

Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub.

Faktla bağlı araşdırma davam etdirilir.

09:35
Bu gün səhər saatlarına Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

AzVision.az



Teqlər: Mina   Tovuz  





Xəbər lenti