Zakir Həsənov Marqvelaşvili ilə görüşdü

Zakir Həsənov Marqvelaşvili ilə görüşdü
  29 May 2014    Oxunub:945
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana ikigünlük səfəri çərçivəsində bu ölkənin prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, görüşdə həmçinin Gürcüstanın müdafiə naziri İrakli Alasaniya da iştirak edib.

Görüşdə iki ölkə arasında münasibətlər, regional təhlükəsizlik, hərbi-əməkdaşlıq və s məsələlər üzrə müzakirələr aparılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti