Nazir Vyetnama dəvət olundu

Nazir Vyetnama dəvət olundu
  12 Aprel 2013    Oxunub:1450
Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini xanım Nquen Fionq Nqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
AzVision.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə etmiş, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Vyetnamın regionun əsas aparıcı ölkələrindən biri olduğunu qeyd edən nazir Elmar Məmmədyarov N.F.Nqanın səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminlik ifadə edib.

Həmçinin, nazir Elmar Məmmədyarov Vyetnamın xarici işlər nazirini Azərbaycana rəsmi səfər etməyə dəvət edib.
Azərbaycanla-Vyetnam arasında əməkdaşlıq üçün geniş imkanlarının olduğunu söyləyən qonaq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Petro Vietnam” şirkəti arasında yaradılmış uğurlu əməkdaşlığın daha da inkişaf etdirlməsində və dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşün sonunda xanım N.F.Nqan Vyetnamın xarici işlər naziri adından nazir Elmar Məmmədyarovu bu ölkəyə rəsmi səfər etməyə dəvət edib.


Teqlər:





Xəbər lenti