Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

   Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır
  30 May 2023    Oxunub:1037
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

"2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 ABŞ dolları çoxdur" - deyə nazirlik bəyan edib.

2023-cü ildə ÜDM-in real ifadədə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Orta illik inflyasiyanın isə cari ildə 10,4 % (əvvəlki proqnoza (6,9 %) nəzərən 3,5 faiz bənd çox) olacağı gözlənilir.
AzVision.az


Teqlər: Neft   Dollar  





Xəbər lenti