“TikTok”da saxta elanlarla abituriyentlərdən pul yığılır - VİDEO
Dövlət İmtahan mərkəzindən məsələ ilə bağlı bildirilib ki, hər il olduğu kimi, bu il də qəbul imtahanları ərəfəsində sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən istifadə olunmaqla saxta səhifə və qruplar yaradılıb:
“Səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.Abituriyentlər diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər”.
DİN-nin şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, dəfələrlə sosial şəbəkə istifadəçilərinə bu kimi dələduzlarla bağlı da müraciət edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən isə bildirilib ki, bu ilin birinci rübündə 6 500-dən artıq istifadəçi hakerlərin qurbanına çevrilib.
Daha ətraflı süjetdə:
AzVision.az
Teqlər: