Seul və Vaşinqton İranın pulları üçün çıxış yolu axtarırlar
“Vaşinqtonun rəhbərlik etdiyi danışıqlarda Cənubi Koreya hökumət rəsmiləri və amerikalı yüksək rəsmilər Koreya bankları tərəfindən bloklanan vəsaitlərin sərbəst buraxılması üçün işçi müzakirələr aparırlar. Əgər bu məsələnin həlli yolu tapılarsa, İranın vəsaitdən istifadə etməsi üçün sərt şərtlər nəzərdən keçiriləcək. Əgər danışıqlar uğurla nəticələnərsə, İran pulları birbaşa İrana deyil, ona qonşu ölkələrdəki İran banklarının filiallarına köçürüləcək və Tehranın ondan istifadə etməsi ciddi nəzarət altında olacaq”, - qəzetin verdiyi məlumatda deyilir.
ABŞ-ın mümkün razılağı İranın qoyulan şərtləri yerinə yetirilməsindən əılıdıır. Bu şərltər İran həbsxanasında casusluq ittihamı ilə saxlanılan və ABŞ tərəfindən “İranın əlində girov” sayılan Amerika vətəndaşının azadlığa buraxılması, habelə hazırda Tehranın uranın zənginləşdirilməsi səviyyəsinin 60%-ə qədər çatdırılmasını məhdudlaşdırmasıdır.
Sözügedn yeddi milyard dollar İranın Cənubi Koreyaya neft ixracından alınan gəlirdir və Tehran son beş ildə bu pula sahibliyini bərpa etmək üçün düsturlar axtarır. ABŞ JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) çıxmazdan əvvəl Seul İran neftinin əsas müştərilərindən biri idi.
“Hər şey plana uyğun getsə, İranla gərgin münasibətlərimizin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyirik, - adının çəkilməsini istəməyən Cənubi Koreya rəsmisi deyib.
Cənubi Koreyalı universitet professoru Sonq İl Kvanq isə bildirib ki, ölkəsi İranla düşmənçilikdən heç nə qazanmır, əksinə, İran bazarına çıxmaqla qazanc əldə edəcək.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az
Teqlər: İran sanksiyalar