`Onlar lap şeytanı da müdafiə edərlər...`
- Ancaq nə tez yadlarından çıxardıblar ki, Rusiya Rüstəm İbrahimbəyov vasitəsi ilə “Milli Şura” adlı qurumda radikal müxalifətdən istifadə etdi. Prezident seçkiləri ərəfəsində bu şəxslər az qala deyirdilər ki, ABŞ və Qərb Azərbaycanın düşmənidir. Əli Kərimli Rusiyanı Azərbaycanın ən yaxın dost dövləti hesab edirdi. Bütün imkanlarımızla Rusiya ilə yaxın, qonşuluq siyasətinin aparılmasının vacibliyini bəyan edirdi. İndi nə tez dəyişdiniz? Sizə elə gəlmirmi ki, bu səfər də ABŞ sizdən istifadə edər? – deyə o, soruşub.
Orduxanlının fikrincə, radikal müxalifət vəziyyətdən yararlanmaq istəyir: “Morninqstarın Azərbaycanla bağlı dedikləri faktiki Azərbaycan xalqı və dövlətini aşağılayır. Səfir Azərbaycanın müstəqilliyinin qarantının ABŞ və Avropa Birliyi olduğunu bildirir. Bu da çox yersiz və acı istehza doğuran açıqlamadır. Bu gün ABŞ müstəqilliyi və ərazi bütövlüyünə qarant olduğu Ukraynanın suverenliyini qoruya bilmirsə, hamının gözünün qabağında sözçülüklə məşğuldursa, bir-iki rus məmuruna sanksiya tətbiq etməklə işini bitmiş sayırsa, belə açıqlama verilməsi heç yerində deyil, hətta gülüş doğurur. Ukraynanı parçalayan, dağıdan hadisə elə `Maydan`dır. Demək olar, hər gün ölkədə qan tökülür, onlarla insan ölür, etiraf olunmamış bir vətəndaş müharibəsi başlayıb. ABŞ-ın təşkil etdiyi inqilablar ölüm, faciə, parçalanma, dağıntılar gətirib. Ən azından bundan sonra 50 il lazım olacaq ki, ABŞ –ın inqilab törətdiyi ölkələr özlərinə gələ bilsinlər”.
BAXCP sədrinin müavininə görə, ABŞ radikal müxalifət partyalarına maliyyə yardımını ona görə ayırır ki, Azərbaycan hakmiyyətinə təzyiq etsin. Ancaq ABŞ özü də anlayır ki, həmin vəsaitlə Azərbaycanda inqilab etmək olmaz: “Son 20 ildə Azərbaycan cəmiyyəti kifayət qədər oturuşub və siyasi prosesləri dəqiq analız edə bilir. Azərbacayn xalqı bilir ki, sabitliyin pozulması ölkədə hansı vəziyyətlərə gətirib çıxara bilər.
AzVision.az
Teqlər: