Məşhur türkiyəli müğənni Heydər Əliyev Sarayında konsert verəcək

    Məşhur türkiyəli müğənni  Heydər Əliyev Sarayında konsert verəcək
  01 İyun 2023    Oxunub:2184
Türkiyənin məşhur müğənnisi, 20-dən çox albom müəllifi olan Çelik Erişçi Azərbaycana gələcək.
AzVision.az xəbər verir ki, hit mahnıları, fərqli ifaları ilə milyonların qəlbini fəth edən sənətçi 10 iyun tarixində Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək.

31 il sonra konsert verdi, huşunu itirdi - VİDEO
Özünəməxsus stildə mahnılar oxumaqla yanaşı, musiqilər də bəstələyən müğənni 90-cı illərdə və 2000-ci illərin əvvəllərində bir sıra möhtəşəm ifaları ilə Türkiyə ilə yanaşı Azərbaycanda da xeyli sayda pərəstişkar qazana bilib. Onun “Sevenler anlar”, “Hercai”, “Meyhaneci”, “Cici kız” və s. bir çox məşhur mahnıları hələ də Azərbaycanda sevilərək dinlənilir.

Konsert “EMKI Production”-un təşkilatçılığı ilə baş tutacaq.

Biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik mall”, “28 mall”, “Park Bulvar” ticarət mərkəzlərindən və “iTicket.Az” saytından onlayn əldə edə bilərsiniz.

Qeyd edək ki, bir neçə gün öncə digər məşhur müğənni Rafet El Roman da "EMKİ Production"-un təşkilatçılığı ilə Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etmişdi.

Aygün Xankişiyeva
AzVision.az



Teqlər:   Konsert   Müğənni   Bakı  





Xəbər lenti