“Ermənilərə məsləhətim odur ki, sakitcə çıxıb getsinlər” - Latviyalı hərbi ekspert

 “Ermənilərə məsləhətim odur ki, sakitcə çıxıb getsinlər” -  Latviyalı hərbi ekspert
  02 İyun 2023    Oxunub:4644
“Rusiya öz imperiya ambisiyalarına əsaslanaraq, keçmiş sovet respublikaları üzərində təsirini və nəzarətini artırmaq üçün KTMT ilə MDB-dən istifadə edir. Azərbaycan və Ermənistan da istisna deyil. Kreml bu proseslərə təsir etmək üçün ayrı-ayrı respublikalarda separatçı əhval-ruhiyyədən çox məharətlə faydalanır. Bəzi yerlərdə isə bu prosesləri idarə edir və arbitr kimi siyasi dividendlər qazanır”.
Bunu AzVision.az -a hərbi ekspert, Latviya silahlı qüvvələrinin istefada olan zabiti Eynars Qraudins deyib. O bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar olaraq, postsovet məkanında onun maraqlarına xidmət edən strukturların dağıdılması tamamilə məntiqlidir.

Hərbi ekspert əmindir ki, MDB və KTMT-ni hansısa konfliktləri həll etməyə qadir strukturlar hesab edənlər dərindən yanılırlar. Azərbaycanla Ermənistan arasındakı vəziyyətə gəlincə, hər şey çox sadədir. Son 30 ildə Kreml erməni separatizmindən istifadə edərək, siyasi və iqtisadi dividentlər qazanmağa çalışıb.

“Aydındır ki, artıq Rusiya sülhməramlıları heç nəyi həll etmirlər. Qlobal miqyasda Rusiyanın “sülhməramlı səylərinə” artıq heç kim ciddi yanaşmır. Ona görə də ermənilərə məsləhətim odur ki, Azərbaycanın qalan torpaqlarını da azad etsinlər. Heç nəyi məhv etmədən sakitcə çıxıb getsinlər. Əminəm ki, onlara rahatca getməyə icazə veriləcək. Sonra Azərbaycanla Ermənistan arasında dövlət sərhədi haqqında saziş bağlansın. Qarabağda yaradılan hansısa psevdodövləti unutmaq lazımdır. Ermənistan boynuna almalıdır ki, səhv edib və bu ona baha başa gəlib. Dünya Ermənistanın hərəkətlərini başa düşəcək. Azərbaycan və Ermənistana dinc səma arzulayıram”, - E.Qraudins bildirib.

Samir Vəliyev
AzVision.az



Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti