74 yaşlı anasını döyüb öldürdü

74 yaşlı anasını döyüb öldürdü
  12 Aprel 2013    Oxunub:1330
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Binəqədi Rayon Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, dünən gecə 23 radələrində Dərnəgül qəsəbəsindəki Nəsrəddin Tusi adına yataqxanada məskunlaşan, Ağdam rayonundan olan məcburi köçkün, 38 yaşlı Habil Əsədulla oğlu İsmayılov anası, 74 yaşlı Suğra İsmayılovanı döyərək qətlə yetirib.

S.İsmayılovanın oğlu Habil İsmayılov anasının baş nahiyyəsindən yumruqla çoxsaylı zərbələr vuraraq öldürdüyünü etiraf edib. Daxil olmuş məlumata əsasən hadisə yerinə və meyitə rayon prokurorluğunun müstəntiqi Fariz İbrahimov tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə baxış keçirilib və Suqru İsmayılovanın meyiti daxili müayinə olunması üçün MTE və PA Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Teqlər:  





Xəbər lenti