Taksilərdən narazılıq ikitərəflidir - Ekspert
- Taksi fəaliyyəti qanunvericiliklə tənzimlənməlidir. Bu tənzimlənmələr sürücülərin də hüquqlarını və sosial təminatlarını qorunmaq şərtilə həyata keçirilməlidir. Nəticədə sərnişinlərə daha yüksək səviyyəli keyfiyyət təmin edilməldir. Bundan başqa, şəhərin ümumi mobillik planı tərtib olunmalı və çeşidli növlərin inkişafı, məsafəyə görə fərqli nəqliyyat növləri təklif edilməlidir, - deyə ekspert əlavə edib.
Xatırladaq ki, ötən həftə Daxili İşlər Nazirliyi Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib.
Teqlər: Taksi