Biləsuvara yenidən içməli su verildi

 Biləsuvara yenidən içməli su verildi
  03 İyun 2023    Oxunub:1064
Biləsuvar rayonunun mərkəzinə və 3 kəndinə içməli suyun verilişi bərpa olunub.
AzVision.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Biləsuvar şəhərində 5 200, Zəhmətabad, Bəydili və Xırmandalı kəndlərində isə 900 abonent olmaqla ümumilikdə 6 100 abonenti içməli su ilə təmin edən mərkəzi anbarda gigiyenik qaydalara uyğun olaraq təmizlik və dezinfeksiya işləri aparılıb.

Bu səbəbdən aparılan təmizlik işlərlə əlaqədar olaraq ötən gün axşamdan içməli suyun verilişində fasilə yaranıb.

AzVision.az



Teqlər: Biləsuvar   Su  





Xəbər lenti