"Maliyyə sektoru yanacaqdoldurma biznesi deyil"- Taleh Kazımov
AMB sədri çıxışı zamanı bankların bağlanması məsələsinə də toxunub.
“Maliyyə sektoru mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir, həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər. Ona görə də bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, - deyə o bildirib.
AzVision.az
Teqlər: TalehKazımov