"Qaz qovşağı Ankaraya 30-35 milyardlıq əlavə gəlir gətirəcək"

 "Qaz qovşağı Ankaraya 30-35 milyardlıq əlavə gəlir gətirəcək"
  06 İyun 2023    Oxunub:956
Rusiya hakimiyyətinin Türkiyədə “qaz qovşağı”nın yaradılması barədə təklif etdiyi layihə Ankaraya 30-35 milyard dollar məbləğində əlavə gəlir gətirə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Yeni Şəfəq" nəşri iqtisadçı professor Seyfəddin Ərdoğana istinadən məlumat yayıb. O bildirib ki, bu layihə sayəsində ölkə qlobal enerji bazarında öz nüfuzunu yüksəldə biləcək.

"Layihənin Türkiyə üçün daha bir üstünlüyü təbii ehtiyatları, o cümlədən neft və qazı daha sərfəli qiymətlərlə almaq imkanın olmasıdır, ölkə bundan ciddi gəlir əldə edəcək. Türkiyə enerji mərkəzi olarsa, diplomatik gücü xeyli artacaq", analitik izah edib.

Qeyd edək ki, ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyədə təbii qaz qovşağının yaradılması barədə tapşırıq veriblər. V.Putin “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyası ilə Rusiya Enerji Həftəsi forumunda çıxış edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə bildirmişdi ki, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və tədarükün artırılmasından gedir. Onun sözlərinə görə, burada başqa ölkələr də iştirak edə bilərlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti