Xalq şairi əməliyyat olunub

Xalq şairi əməliyyat olunub
  06 İyun 2023    Oxunub:1247
Xalq şairi Nəriman Həsənzadə əməliyyat olunub.
Bu barədə şairin özü açıqlama verib. O bildirib ki, 1 həftə əvvəl gözündəki problem aradan qaldırılıb:

“Hazırda Bakıdayam. Gözüm 2 il yarım idi ki, tor kimi görürdü. Görmə qabiliyyətim zəifləmişdi. Sonra yaxşı bir həkimlə qarşılaşdım. Əməliyyatı elə icra etdi ki, heç ruhum da incimədi”.

O, səhhətində yaranan problemə baxmayaraq, fəaliyyətini davam etdirdiyini söyləyib:

“Ədəbiyyat” qəzetində səhifə-səhifə yazılar, şeirlər, poemalarım dərc olunur”. (Kulis.az)

AzVision.az



Teqlər: Xalq-şairi  





Xəbər lenti