Tanışını öldürmək istəyən şəxs tutulub

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İbtidai istintaq davam etdirilir.
AzVision.az
Teqlər: