Azyaşlıya qarşı zorakılıqla bağlı bir nəfər həbs olunub

Azyaşlıya qarşı zorakılıqla bağlı bir nəfər həbs olunub
  08 İyun 2023    Oxunub:929
Suraxanıda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaqı Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti