Dünyada iki ildən sonra yüksək inflyasiya olacaq

   Dünyada iki ildən sonra  yüksək inflyasiya olacaq
  09 İyun 2023    Oxunub:1186
Dünya mərkəzi banklarının səyləri sayəsində 2023-cü ildə qiymət artımının bir qədər zəifləməsindən sonra neftin qiymətinin artması ilə əlaqədar 2025-2026-cı illərdə yüksək inflyasiya qayıda bilər.
Belə bir proqnozu "RİA Novosti"yə "M.İ. Achkasov & Co"nun idarəedici direktor Maksim Açkasov verib. Onun sözlərinə görə, 2023-cü ildə inflyasiyanın azalmasına baxmayaraq, bu, müvəqqəti tendensiyaya çevrilə bilər:

"Xüsusilə ərzaq məhsullarının kəskin bahalaşması inflyasiyanın heç yerə getmədiyini göstərir. 2025-2026-cı illərdə daha yüksək inflyasiya dərəcələrinin qayıdacağı gözlənilir - ABŞ iqtisadiyyatına baxsanız, 2023-cü ildə gözlənilən 4-5% dəhliz 5-7% olub".

O izah edib ki, qiymət artımının sürətlənməsi xammal və sənaye metallarının maya dəyərinin artması ilə bağlı olacaq. O cümlədən, Brent markalı neftin bir barelinin qiyməti 2025-ci ildə 130-150 dollar ola bilər. Belə ki, artıq gələn il diapazon 100-130 dollar səviyyəsində ola bilər,

Açkasov aydınlaşdırıb ki, neftin qiymətinin əhəmiyyətli dərəcədə artması və bir barel üçün 100 dolları keçməsi inflyasiyanın sürətlənməsinin başlanmasına səbəb olacaq: "Son həftələrdə Brent bir barel üçün 71-77 dollar diapazonunda dəyişib. Ərzaq inflyasiyası da ümumi qiymət artımına kömək edəcək".


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Neft  





Xəbər lenti