Qadınları zorlamaq fətvası verildi

Qadınları zorlamaq fətvası verildi
  12 Aprel 2013    Oxunub:1747
“Əsədə qarşı vuruşan müsəlmanlara qeyri-müsəlman və şiə qadınları zorlamaq qanuni fətvadır”
Suriyada bir islam ruhanisi Bəşər Əsədə qarşı vuruşan üsyançılara müsəlman və sünni olmayan bütün qadınları zorlamaq icazəsi verib.

Azvision.az-ın Rusiya mətbuatına əsasən verdiyi xəbərə görə, 17 ildir ki, Dəməşqdə yaşayan və əslən İordaniyadan olan sələfi şeyxi Yasir əl-Əcnəuli bu müraciətini YouTube portalında yayıb.

Onun müraciətində deyilir ki, Əsədə qarşı vuruşan müsəlmanlar üçün qeyri-müsəlman və şiə qadınları zorlamaq qanuni fətvadır. Videomüraciətində o, müsəlman olmayan qadınları Quranda olan “melk- əl- yamin ”, yəni “müsəlman olmayan cariyə” termini ilə təqdim edərək bu fikrinə haqq qazandırıb.

Qeyd edək ki, bu, Suriyada islamçıların qadınları zorlamağa çağıran heç də ilk fətva deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti