Son sutkada 2 nəfər koronavirusa yoluxub

Son sutkada 2 nəfər koronavirusa yoluxub
  10 İyun 2023    Oxunub:964
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 3 nəfər sağalıb.

Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 878 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 579 nəfər müalicə olunaraq sağalıb, hazırda 19 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 857, bu günə qədər isə ümumilikdə 7 630 905 test icra olunub.
AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti