Çində nikah və doğum böhranı
Bu barədə “Yicai” agentliyi xəbər yayıb. Qeyd olunub ki, Çində doğum nisbəti keçən il azalaraq 1 000 nəfərə 6,77 doğum təşkil edib. Halbuki, 2021-ci ildə bu göstərici 7,52 olub.
Demoqraflar xəbərdarlıq edib ki, Çin varlanmadan əvvəl kasıblayacaq, çünki işçi qüvvəsi azalır və borcla yüklü yerli hökumətlər yaşlı əhaliyə daha çox pul xərcləyirlər. Evliliyi təşviq etmək və ölkədə azalan doğum nisbətini artırmaq üçün Çin hökuməti keçən ay 20-dən çox şəhərdə evlilik və uşaq doğumu mədəniyyətini yaratmaq üçün pilot layihələrə başlayacaq.
Teqlər: