Bulvarda kaktusları kəsərək yandıran şəxs həbs edilib

   Bulvarda kaktusları kəsərək yandıran şəxs həbs edilib
  13 İyun 2023    Oxunub:758
Bulvarda kaktusları kəsərək yandıran şəxs həbs edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü V.Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

11.05

Dənizkənarı Bulvar ərazisində kaktusları kəsərək yandıran şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin ərazidə kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

Əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. "Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti