Tehran İncəsənət universitetində məcburi hicab cəzası
- 40-a yaxın tələbənin universitetə uyğun olmayan geyimlə gəlməsi bəhanəsindən sonra bu dəfə və yeni tədbirlə həmin tələbələrin mühafizəsi şərti olaraq dayandırılıb. Bu isə o deməkdir ki, tələbələr universitetə yenidən hicabsız gələrsə, onların fəaliyyətini dayandırma əmri icra olunacaq. Tələbələrin girişinə qadağa qoyulması və geniş şəkildə fəaliyyətlərinin dayandırılması tamamilə qanuna zidd bir prosesdə həyata keçirilib”, - məlumatda deyilir.
Eyni zamanda İncəsənət Universiteti tərəfindən tələbələrə hicabın zəruriliyi barədə SMS-də göndərilib.
“Hörmətli tələbə, 17 iyun 2023-cü il şənbə günündən etibarən universitetə daxil olmaq yalnız iştirak etikası çərçivəsində, geyimə düzgün riayət edən bacılar üçün mümkündür” – SMS göndərişdə bildirilir.
Maraqlıdır ki, son on ildə İncəsənət universitetində bir neçə dəfə “tələbələrin məcburi geyimi” ilə bağlı geniş tədbirlər həyata keçirilsə də, tələbələrin müqaviməti bu cəhdləri iflasa uğradıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


