Azərbaycan Prezidenti: "Orta Dəhlizin önəmi daha da artır"

      Azərbaycan Prezidenti:    "Orta Dəhlizin önəmi daha da artır"
  13 İyun 2023    Oxunub:764
"İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, yəni, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq".
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

Buna görə Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndirildiyini diqqətə çatdıran dövlətimizin başçısı, həmçinin qeyd edib: "Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirib çıxarılır".

AzVision.az


Teqlər:





Xəbər lenti