İrandan gətirilən ərik qurusu yararsız çıxdı

İrandan gətirilən ərik qurusu yararsız çıxdı
  14 İyun 2023    Oxunub:995
İrandan Azərbaycana gətirilən ərik qurusu istehlak üçün yararsız çıxıb.
Bu barədə AzVision.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən “Sodaz” Məhdud Məsuliyyətli Cəmiyyətinin İran İslam Respublikasından ölkəmizə idxal etdiyi 1060 kq ərik qurusu məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən, ərik qurusunda kükürd dioksidinin miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, aşkarlanan istehlak üçün yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Həmçinin aşkarlanan ərik qurusunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti