"Kiyev danışıqlar üçün istənilən fürsəti rədd edir" - Rusiya XİN

         "Kiyev danışıqlar üçün istənilən fürsəti rədd edir" -    Rusiya XİN
  15 İyun 2023    Oxunub:804
Ukrayna rəhbərliyi Qərb ölkələrinin xeyrinə Rusiya ilə danışıqlar üçün istənilən fürsəti rədd edir
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Kiyev rejimi Qərbi razı salmaq üçün israrla və prinsipcə danışıqlar üçün istənilən fürsəti rədd edir”, - diplomat bildirib.

Qeyd edək ki, iyunun 13-də Rusiya prezidenti Vladimir Putin hərbi komandirlərlə görüşündə bildirmişdi ki, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən heç vaxt imtina etməyib. O, həmçinin 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda tərəflərin razılaşmalarını kifayət qədər yaxşı adlandırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti