Qusarda kanaldan meyit tapılıb

Qusarda kanaldan meyit tapılıb
  15 İyun 2023    Oxunub:954
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Gündüzqala kəndində, su kanalında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti