NATO: "Ukrayna irəliləyir, dəstəyi davam etdirməliyik"
Stoltenberq bu günki görüşdə Ukrayanaya daha dəstək verilməsini müzakirə ediblər. O, fond yaratmaq, uzun müddətdə Ukraynanın çəkindiriciliyini artırmaq və Sovet dövründən qalma hərbi materiallardan NATO standartlarına keçidi təmin etmək istədiklərini bildirib.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi, general Mark Milley Ukrayna ordusunun Rusiyaya qarşı əks-hücum əməliyyatında davamlı irəliləyiş əldə etdiyini bildirib.
NATO-nun mənzil-qərargahında ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə birgə mətbuat konfransında danışan Milley əks-hücumun “qanlı və şiddətli” olacağını, uzun və baha başa gələcəyini bildirib.
"Bu, gözlədiyimiz kimi çətin döyüş olacaq." Ostin Ukraynanın ehtiyaclarını ödəməyə diqqət ayırdıqlarını bildirib.
AzVision.az
Teqlər: