Tibb işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib
Daha sonra tədbirdə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı film nümayiş olunub.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov tədbiri giriş sözü ilə açaraq hər il 17 iyunun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunmasının Heydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlər sırasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ümummilli Liderin ölkəmizdə səhiyyənin inkişafı sahəsində gördüyü işlərdən danışaraq onu müstəqil Azərbaycan dövlətinin və səhiyyəsinin memarı adlandırıb:
"Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili Ulu Öndərin ən çox diqqət göstərdiyi məqamlardan idi. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı".
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev səhiyyə sahəsində Ulu Öndər tərəfindən başlanan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb.
Tədbir Respublika Klinik Xəstəxanasının Baş həkimi Sərdar Əsədov və 2-ci Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynovun çıxışları ilə davam edib.
Daha sonra tədbirdə 17 iyun tibb işçilərinin peşə bayramı günü və rayonda səhiyyə sahəsində göstərdikləri xidmətlərə görə partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Tədbirə bədii hissə ilə yekun vurulub.
AzVision.az
Teqlər: Tibb-İşçiləri