İranda öldürülən etirazçıların ailə üzvləri və yaxınları da həbs olunurlar

İranda öldürülən etirazçıların ailə üzvləri və yaxınları da həbs olunurlar
  17 İyun 2023    Oxunub:955
Teokratik rejimin qətlə yetirilən doğmaları və yaxınları da repressiya siyasətinin hədəfinə çevrilirlər. Belə metodlarla İran hökuməti insanların iradəsini sındırmağa çalışır.
AzVision.az İrandakı etirazları işıqlandıran “1500 Şəkil” Twitter hesabına istinadən xəbər verir ki, etirazlarda qətlə yetirilən yeniyetmə Əbülfəzl Adinəzadənin ailə üzvləri və yaxın qohumları həbs ediliblər.

“Əbülfəzl Adinəzadənin bacısı, atası və əmisi onun məzarının yanında həbs olunduqdan sonra, axşam saatlarında təhlükəsizlik qüvvələri məhrumun anası Güldəstə Hüseyni və onların bütün qohumlarını yaşadıqları kənddə həbs ediblər. Əbülfəzl Adinəzadənin atası Əli Adinəzadə, bacısı Mərziyə Adinəzadə və əmisi Rza Adinəzadə mərhumun məzarına gül qoymaq istəyən zaman saxlanılıblar”, - məlumatda deyilir.

16 yaşlı yeniyetmə Əbülfəzl Adinəzadə oktyabrın 8-də, Məşhədin Firdovsi universitetinin qarşısında keçirilən “Qadınlar, Həyat, Azadlıq” aksiyası zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən yaxın məsafədən açılan atəş nəticəsində öldürülüb.
Əbülfəzlin ölümündən sonra İranın təhlükəsizlik və məhkəmə orqanları ailəni onun cəsədini

Şimali Xorasanın Fəruc şəhərinin kəndlərindən biri olan Nəcəf Abad kənd qəbiristanlığında basdırmağa məcbur ediblər. Ötən aylarda susmaq üçün ailəyə göstərilən təzyiqlər və hədə-qorxular səngiməyib .

Bundan başqa, martın 7-də və mayın 29-da Məşhəd və Fəruc prokurorluqlarına çağırılan Əbülfəzlin atası Əli Adinəzadə və bacısı Mərziyə Adinəzadə “rejim əleyhinə təbliğat aparmaqda” ittiham olunublar.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti