Bakıda binada yanğın: 8 nəfər təxliyə edildi

   Bakıda binada yanğın:    8 nəfər təxliyə edildi
  18 İyun 2023    Oxunub:1170
Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli 3 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az - a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavan 15 m² sahədə qarsalanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti